» » “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Lənkəranda -

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Lənkəranda - Fotolar

Bölmə: Sosial
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Lənkəranda -

“Ölkəmizi tanıyaq” layihəsinin altıncı mərhələsi çərçivəsində Bakı şəhərinin Nəsimi, Yasamal və Binəqədi məktəbliləri və onların müəllimləri noyabrın 12-də axşam saatlarında Lənkərana gediblər.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Məktəblilər qarşısında çıxış edən şəhər İcra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.

Məktəblilər Lənkəran, Masallı və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar və şəhərin müxtəlif yerlərində ağacəkmə aksiyasında iştirak ediblər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Lənkəranda -
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Lənkəranda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler