» » Bərdədə təşviş-

Bərdədə təşviş- Foto

Bölmə: Sosial
Bərdədə təşviş-
Bu gecə Bərdədə təbiət insanları təşvişə salıb. -ans pressn bölgə müxbirinin verdiyi məlumata görə, gecə 00:30-da qəfil külək əsməyə başlayıb. Daha sonra külək güclənib. Bir neçə saatdan sonra güclü yağış yağıb.

Yağan leysan evlərin həyətlərinə, yolları basıb. Əsən külək 10-dan çox ağacı kökündən çıxarıb. Bəzi evlərin dam örtüyünə ziyan dəyib.

Bundan başqa, aşan ağaclar elektrik xətlərinin üstünə düşdüyündən rayona verilən elektrik enerjisi kəsilib. Bununla da, rayonun əksər kəndləri və mərkəz gecəni işıqsız keçirib.

Rayon İcra Hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Vahid Qarayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılması üçün lazımı addımlar atılıb.

“Hazırda problemin aradan qaldırılması üçün əməkdaşlar çalışır. Günorta saatlarına qədər problem tam aradan qaldırılacaq”.
Bərdədə təşviş-
Bərdədə təşviş-
Bərdədə təşviş-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler