» » “İrandan Azərbaycana müalicəyə gəlirlər” -

“İrandan Azərbaycana müalicəyə gəlirlər” - Cənub xəstəxanalarının inkişafı

Bölmə: Sosial
“İrandan Azərbaycana müalicəyə gəlirlər” -


Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Lənkəran, Lerik və Astara rayonlarına press-tur təşkil edib.

Xalqİnfo”nun press-turda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, KİV nümayəndələri adıçəkilən rayonların xəstəxanalarında yaradılan şəraitlə tanış olublar, həkimlərlə söhbətləşiblər.

İlk olaraq Lənkəran Müalicə Diaqnostika Mərkəzi ilə tanış olan jurnalistlərlə görüşən baş həkim müavini Ağəli Əliyev bildirib ki, mərkəz artıq 10 ildir fəaliyyət göstərir: “Mərkəzdə 8 şöbə var. Bunlar qəbul, şüa-diaqnostika, poliklinika, hemodializ, cərrahiyyə, reanimasiya şöbələridir. İl ərzində 100 mindən artıq xəstə qəbul edirik. Bunlar Lənkərana yanaşı, ətraf rayonlardan gələn insanlar da daxildir. Hemodializ şöbəsində hazırda 100 xəstə müalicə alır.

“İrandan Azərbaycana müalicəyə gəlirlər” -















15 hemodializ aparatımız var. Mərkəz ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Həkimlərimiz müalicə və müayinə ilə yanaşı, müxtəlif səpkili əməliyyatlar da aparırlar. Buraya açıq ürək əməliyyatları da daxildir. Diaqnostika Mərkəzi fəaliyyətə başladıqdan sonra Azərbaycandan İrana gedən xəstələrin sayı xeyli azalıb. Mərkəzdə 49 həkim, 93 orta tibb işçisi, 92 nəfər texniki işçi işləyir. Həkim çatışmazlığı yoxdur”.

Xəstəxananın şüa-diaqnostika sahəsi üzrə həkimi Elnur Abışov hətta ixtisası üzrə qrafik rəsm də çəkib: “Mən burada xəstəni müayinə edərkən həkimin öz təsəvvüründə qarşısındakı insanın beynini bu formada dilimləyib hər qatını ayrıca görməsini canlandırmışam”.

“İrandan Azərbaycana müalicəyə gəlirlər” -














Media əhlinin növbəti səfəri Lerik Mərkəzi Rayon Xəstəxanasına olub. Jurnalistlər xəstəxana ilə tanış olduqdan sonra baş həkim Mübariz Ağayev onlara rəhbərliki etdiyi səhiyyə müəssisəsinin fəaliyyəti haqda məlumat verib: “Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası fəaliyyət göstərir. Lerik Mərkəzi Rayon Xəstəxanasında 57 həkim, 182 nəfər orta tibb işçisi çalışır. 2010-cu ildə Dövlət Neft Şirkətinin dəstəyi ilə əsaslı təmir olunaraq istifadəyə verilən tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərir. Ən yüksək standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub. Ay ərzində təxminən 20 min nəfər müraciət edir. 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir. Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir.

“İrandan Azərbaycana müalicəyə gəlirlər” -














Xəstəxanada 40-a yaxın həkimə ehtiyac var. Xəstəxanada əsasən gənc, yeni tibbi biliklərə malik cərrahlara, anestezioloq, reanimatoloqa ehtiyac var. Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimul olaraq maaşdan əlavə kompensasiya və kommunal şəraitini yaxşılaşdırmaq üçün İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir. Bizdə son 5 ildə ana ölümü baş verməyib”.

Son olaraq Astara Mərkəzi Rayon Xəstəxanasına baş çəkən media nümayəndələri müəsssiənin təchiz olunduğu tibbi avadanlıqlarla tanış olublar. Baş həkim Əlövsət Əliyev bildirib ki, həkim və tibb işçiləri rayonun ən ucqar dağlıq ərazisində yerləşən kəndlərdə yerli əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərir: “Xəstəxanada qəbul, cərrahiyə, ginekologiya, hemodializ, infeksion, təcili yardım, rentgenologiya və terapiya şöbələri daxil olmaqla, 8 şöbə var. Ay ərzində xəstəxanaya 250-300, il ərzində təxminən 3 min xəstə müraciət edir. Mərkəzi xəstəxanada 131 çarpayı mövcuddur. 15 çarpayılıq 4 kənd xəstəxanası var. Bundan başqa kəndlərdə 11 tibb məntəqəsi var. xəstəxanada 136 həkim ştatı olsa da, hazırda 91 həkim çalışır:

“İrandan Azərbaycana müalicəyə gəlirlər” -














Ümumilikdə 45 həkim çatmır. Əsasən onkoloq, nefroloq, uroloq ixtisasları üzrə həkimlər çatışmır. Hemodializ şöbəsində 17 xroniki böyrək çatışmazlığı olan xəstələr həftə ərazində üç seans olmaqla hemodializ alır və bütün dərmanlar dövlət tərəfindən təmin olunur. Xəstəxanamız daşınmaya ehtiyacı olmayan mərkəzləşmiş oksigen sistemi ilə təchiz edilib. Türkiyədə 6 həkimimiz təcrübə keçərək beynəlxalq sertifikat alıb, xəstəxanamızda TİKA təşkilatı tərəfindən təşkil olunan kursda 28 həkimimiz iştirak edərək sertifikat alıb. Xəstələrin İrana müalicə üçün getməsi barədə statistikanı diqqətinizə çatdırım. Bir neçə il öncə həftədə 2-3 nəfər İrana getmək üçün müraciət edirdisə, indi bu rəqəm 6 aylıq dövr üçün keçərlidir. Hətta bir neçə ay əvvəl 10-a yaxın İran vətəndaşı bizim xəstəxanada yatıb müalicə aldılar. Bir faktı da qeyd edim ki, Astara rayon mərkəzi xəstəxanasında Mircəlal həkimin rəhbərliyi altında 15 nəfərlik briqada anadan qızına böyrək köçürtdü və əməliyyat uğurla başa çatdı. İki gündən sonra xəstə bizim təklif etdiyimiz təcili tibbi yardım maşınından imtina edərək, şəxsi avtomobili ilə xəstəxanadan çıxdı. Cənab nazirin göstərişi ilə 18 yaşlı bir gəncə növbədənkənar olaraq böyrək köçürüldü, hazırda vəziyyəti yaxşıdır”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


“İrandan Azərbaycana müalicəyə gəlirlər” -
“İrandan Azərbaycana müalicəyə gəlirlər” -
“İrandan Azərbaycana müalicəyə gəlirlər” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler