» » Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb

Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb

Bölmə: Sosial
Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb

Qusar Şahdağ Qış Yay Turizm Mərkəzinə gedən yolda qəza baş verib.

Xalqİnfo.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, Qusar sakininə məxsus "Niva" markalı avtomobil Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb.

"Niva" yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Qusar xəstəxanasına aparılan yaralılar, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə yerinə Qusar rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın yolun dumanlı və sərt enişli olması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Qusar polisində araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler