» » Cəlilabad su anbarı daşdı -

Cəlilabad su anbarı daşdı - Masallıda iki kəndi su basdı

Bölmə: Sosial
Cəlilabad su anbarı daşdı -
Masallı rayonunda iki kəndi su basıb. Xalqİnfo.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Masallı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, hadisə Cəlilabad su anbarının daşması nəticəsində baş verib: "Son günlər havaların qeyri-sabit keçməsi, intensiv yağışların yağması Cəlilabad su anbarına qoşulan çaylarda suyun artması ilə nəticələnmişdi. Nəticədə su anbarında yüklənmə olub və anbar daşıb. Hadisə nəticəsində Masallı rayonunun iki kəndi - Xırmandalı və Təklə kəndlərində 150-yə yaxın evi və həyətyanı sahəni su basıb. Evlərin birinci mərtəbəsini su basıb. Su basan 50 evdə ailələri köçürmüşük. Qalan 100 evə isə baxış keçirilib, hələlik onların köçürülməsinə ehtiyac yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə ərazidə tədbirlər görürük. Hadisə nəticəsində dəymiş ziyan müəyyənləşdirilir".

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler