» » Hansı dərmanları reklam etmək qadağandır? -

Hansı dərmanları reklam etmək qadağandır? - Açıqlama

Bölmə: Sosial
Hansı dərmanları reklam etmək qadağandır? -
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Xalqİnfo” xəbər verir ki, bu bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib. O qeyd edib ki, sözügedən qanuna tez-tez dəyişiklik edilir: “Bunun da səbəbi odur ki, ölkə başçısı dərman vasitələrinin təchizatı, pərakandə satışı sahəsində mühüm tapşırıqlar verib. Dərmanların keyfiyyəti, onların qiymətinin tənzimlənməsi sahəsində problemlər var idi.

O cümlədən dərman vasitələrinin reklamı sahəsində də çatışmazlıqlar var idi. Azərbaycanda həkimin reseptlə yazdığı dərmanları reklam etmək qadağandır. Reklam olunduğu təqdirdə ağır nəticələri olur. Kimsə baxıb deyir ki, onun xəstəliyinin dərmanı tapılıb, həmin dərmanı alsa sağalacaq. Halbuki bunlar həkim müayinəsi olmadan verilən qərardır.

İndi dərman vasitələrinin reklamı ilə qanuna bağlı 16-1.1 maddəsi təklif edilir. Burada bildirilir ki, yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həmçinin dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır”.

***

Həkimlər yeni istehsal olunan dərman preaparatları ilə mütəmadi olaraq məlumatlandırılmalıdır. Bunun üçün onlara hansısa formada şərait yaradılmalıdır. “Qafqazinfo“ xəbər verir k, belə bir təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Rəşad Mahmudov “Dərman vasitələrinin reklamı haqında “ qanuna edilən dəyişikliklərinin müzakirəsi zamanı səsləndirib. Onun sözlərinə görə, əvvəllər xəstəxanalarda həkimlərə hansısa dərman firması yeni dərmanlarla tanış edirdi. Ancaq son dövrlərdə bu sahədə müəyyən məhdudiyyyətlər var. Tibb daim yeniləşən sahədir. Hər gün yeni dərmanlar istehsal olunur. Həkimləri isə bu dərmanlar haqqında məlumatlı olmadıqda bu sonda özünün fəsadını səhiyyə sistemində göstərir. Ona görə də həkimlərin yeni dərmanlarla tanış olması üçün formalar işlənib hazırlanmalıdır”.

Millət vəkili Məlahət İbrahimqızı da həmkarının fikrini dəstəkləyib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler