» » Allahşükür Paşazadə İordaniyada konfransda çıxış edib

Allahşükür Paşazadə İordaniyada konfransda çıxış edib

Bölmə: Sosial, DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
Allahşükür Paşazadə İordaniyada konfransda çıxış edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya kralı Əlahəzrət II Abdullahın himayəsi ilə Əmmanda keçirilən “Al əl-Beyt” İslam Fikri Akademiyasının konfransında çıxış edib.

Xalqİnfo” AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans “Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru” mövzusuna həsr olunub.

35 islam dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kralı Əlahəzrət II Abdullaha və tədbir iştirakçılarına salamlarını çatdırıb.

Kralın himayə etdiyi "Al əl-Beyt" İslam Fikri Akademiyasının dünyada İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin təbliği, dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yolunda uğurlu səylərinin böyük önəm kəsb etdiyini bildirən QMİ sədri Azərbaycanda bütün səmavi dinlərin ardıcıllarının sülh şəraitində birgə yaşadıqlarını, bütün dinlər üçün dövlət tərəfindən bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler