» » Tale Heydərovdan sel basan otellə bağlı - Açıqlama

Tale Heydərovdan sel basan otellə bağlı - Açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Tale Heydərovdan sel basan otellə bağlı - Açıqlama
““Qafqaz Resort Hotel”ini əvvəlki vəziyyətinə qaytaracağıq”.

Xalqİnfo.az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Qəbələ" klubunun prezidenti, sözügedən otelin sahibi Tale Heydərov deyib.

Onun sözlərinə görə, oteldə baş verənlər nəzarətdədir: “Rayon İcra Hakimiyyəti də bu işlə məşğuldur. Vəziyyəti yenidən stabilləşdirmək istəyirik. Artıq təmir işlərinə başlanılıb. Oteli əvvəlki vəziyyətinə qaytaracağıq”.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt Bakı daxil olmaqla, bir sıra rayonlarımıza ziyan vurmuşdu. O cümlədən Qəbələnin məşhur “Qafqaz Resort Hotel”i zərər çəkmişdi. Güclü leysan nəticəsində oteli sel basmışdı.

Xatırladaq ki, “Qafqaz Resort Hotel” bir neçə il əvvəl fəaliyyətə başlayıb və Azərbaycanın regionlarında inşa olunan ən prestejli otellər sırasındadır.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Tale Heydərovdan sel basan otellə bağlı - Açıqlama
Tale Heydərovdan sel basan otellə bağlı - Açıqlama

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler