» » Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub - Fotolar

Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub - Fotolar

Bölmə: Sosial, MANŞET
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bu gün Xətai Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Xalqİnfo” xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. Vurğulayıb ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsidir. Ölkəmizdə keçirilən referendum seçkiləri barədə danışan R. Məmmədov əlavə edib ki, referendum demokratik, ədalətli və tam şəffaf şəkildə keçirilib. Başçı Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdiyini, bunun da siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstək olduğunu xüsusilə vurğulayıb.

Həmçinin, məruzə olunub ki, ölkə başçısının son dövrdə yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı rayon icra Hakimiyyəti ilin 9 ayında da məqsədyönlü tədbirlər həyata keçirib, ölkədə geniş vüsət alan sosial iqtisadi inkişaf, aparılan quruculuq-abadlıq işləri rayonda da yüksək templə davam edib.

Cari ilin hesabat dövründə general Əliağa Şıxlinski küçəsinə 6 000 kvm-lik sahəsi, “Neapol dairəsi”nin ətrafı, Məzahir Rüstəmov küçəsinin 12400 kvm-lik sahəsi,Telnov və Sadıxcan küçələri bütövlükdə yenidən tikilib, general Əliağa Şıxlinski küçəsinə 750 p/m, Məzahir Rüstəmov küçəsinə 950 p/m,Telnov küçəsinə 2400 p/m,yeni səki daşı düzülüb, bu yollarda avtomobillərin və piyadaların rahat hərəkəti təmin edilib.

İlin 9 ayında rayonda aparılan abadlaşma və yenidən qurma işlərinin həcmi artıb, Bakı Ağ şəhər layihəsinin inşaası sürətlə aparılmış,Nobel prospektindən Xəqani Rüstəmov küçəsi istiqamətində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospeki ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi davam etdirilib.

Hesabat dövründə rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 599 milyon 504.2 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye istehsalının 14.0 faizi məhsul istehsalının, 86.0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənaye məhsulu istehsalının ümumi çəkisində mədənçıxarma sənayesində görülən xidmətlər 0.5 faiz, emal sənayesi 13.6 faiz, 83.9 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2.0 faiz tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Bu müddətdə istehlakçılara 599 milyon 204.8 min manatlıq və ya bütün sənaye istehsalının 100.0 faizi qədər sənaye məhsulu göndərilib.

2016-cı ilin əvvəlindən müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 121 milyon 575.6 min manatlıq investisiya yönəldilib. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 33 milyon 068.6 min manat, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 88 milyon 507.0 min manat sərmayə yönəldib. 2016-cı ilin yanvar-sentyabr aylarında 115 milyon 618.7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib.

Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 87.8 faiz təşkil edərək 637 milyon 823.4 min manat olub.
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar







2016-ci ilin doqquz ayında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən nəqliyyat sahəsində 494 milyon 396.9 min manatlıq xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 40.9 faiz çox olub.

Rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 26 milyon 610.5 min manatlıq xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17.8 faiz çoxalıb.

Hesabat dövründə rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1 milyard 776 milyon 643.6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 54.1 faiz çox əmtəə satılıb. Satılmış əmtəələrin 12.8 faizi hüquqi şəxs statuslu, 83.3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 3.9 faizi rayonda fəaliyyət göstərən bazarda realizə olunub. Əhaliyə realizə olunmuş istehlak mallarının 56.3 faizini ərzaq məhsulları, 43.7 faizini isə qeyri-ərzaq malları təşkil edib.

Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərinin həcmi isə 46.2 faiz çoxalaraq 444 milyon 615.5 min manat olub.

Hesabat dövründə rayonun iqtisadiyyatında məşğul olanların sayı 56010 nəfər olub. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı rayon üzrə 771.1 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 15.7 faiz çox deməkdir. Sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 726.4 manat, tikinti kompleksində1651.1 manat olub ki, bu da keçən illə müqayisədə 83.8 faiz çox olub.

Rayonda cari ilin doqquz ayında 4466 yeni iş yerləri yaradılıb ki, onun da 4186-sı daimi iş yerləridir. Hesabat dövründə 581 nəfəri yeni yaradılmış müəssisələrdə, 781 nəfəri mövcud müəssisələrdə, 142 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 2682 nəfəri fiziki şəxslər tərəfindən, 280 nəfəri isə digər tədbirlər üzrə işə götürülənlərdir.

Rayon MKTB tərəfindən binadaxili su və kanalizasiya xəttlərinin dəyişdirilməsi istiqamətində iş aparılıb, 971 p\m yağış su navalçaları dəyişdirilib,1450 mənzildə tüstü bacaları və havasorucu kanallar təmizlənıb,323 ədəd qapı layı təmir olunub,271 kvm ümumi istifadə olunan yerlər şüşələnib,11456 kvm liftlərin damı təmir olunub.
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar








Hesabat dövründə Cavanşir küçəsi boyunca Qum adasından gələn 530 millimetrlik 1200 metr uzunluğunda yeni magistral qaz xəttinin çəkilişi davam etdirilib, yenidən çəkilən bu xətt təkcə Xətai rayonunu deyil, paytaxtın böyük bir ərazisini qazla fasiləsiz təmin etməyə imkan verəcək. İndi magistral xəttin Cavanşır küçəsindən keçən hissəsinin başa çatan sahəsində təmir işləri gedir.

Rayonun içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də işlər görülməkdədir. Hesabat dövründə 824 metrdən artıq magistral su xətti çəkilib, əhalinin sudan qənaətlə istifadə etməsi üçün 500-ə yaxın mənzilə müasir sayğaclar quraşdırılıb. Rayonun Gəncə prospektində, Tusi, Sarayeva, M.Rüstəmov küçələrində də yeni su xətlərinin çəkilişi aparılıb.Hazırda rayon ərazisində fasiləsiz su ilə təmin olunan əhalinin sayı 243035 nəfər və ya 84,8 faiz təşkil edir.

Cari ilin 9 ayında Xətai rayon Məşğulluq Mərkəzinə 5745 nəfər müraciət edib ki, bunların da 4909 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyatdan keçib. 2016 – cı il üçün nəzərdə tutulmuş “Ərazi Məşğulluq Proqramı”na əsasən, ilin 9 ayında müraciət edən vətəndaşların 754 nəfəri daimi işlə təmin edilib.

Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması da rayon İcra Hakimiyyətinin diqqətində olub. Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 s saylı sərancamı əsasında qəzalı vəziyyətdə olan iki yataqxana binasında yaşayan 186 ailənin, o cümlədən 25 məcburi köçkün ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin ailələrə 45 min manat maddi yardım göstərilərək onların köçürülmələri təmin edilib və hər iki yataqxana binası sökülüb.

Digər sahələrdə olduğu kimi təhsildə də uğurlar çox olub. Belə ki, 2015-2016-cı tədris ilində 2628 nəfər XI sinifdə təhsil alıb, şagirdlərin 2294 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və onlardan 1602 nəfəri uğurlu nəticə göstərərək ali məktəblərə qəbul olublar. Ali məktəblərə qəbul olanların 238 nəfəri 500-600 arası, 107 nəfəri 600-650 arası, 41 nəfər isə 650 və daha yüksək bal toplayaraq yüksək nəticə göstərib. Xətai rayon məktəbləri üzrə ali məktəblərə qəbul faizi 70% təşkil edib. Qəbul faizinə görə ən yüksək nəticə göstərən məktəb-liseylərdən 287 saylı Zəkalar liseyi – 95 %, 147 saylı Texniki-humanitar liseyi – 88%, Humanitar fənnlər təmayüllü məktəb-lisey – 86 %, 261 saylı məktəb-lisey – 82 %, Heydər Əliyev adına lisey – 76 %, 264 saylı məktəb-lisey – 70 % nəticə göstərib. Həmçinin 171, 165 və 27 saylı məktəblərin göstəricisi 80 %-dən yuxarı olub. Üç məzun 64, 204 və 257 saylı məktəblərin məzunları orta məktəbi qızıl medalla başa vurub, 8 məzun tələbə Prezident təqaüdünə layiq görülüb.

Cari tədris ilində ölkə başçısı 265 və 261 saylı məktəblərin əsaslı təmirdən sonra açılışında, 2 məktəbdə isə 58 və 245 saylı məktəblər yeni tikilən tədris korpusunun açılışında iştirak edib.
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar








Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayondakı 3 nömrəli uşaq evində əsaslı təmir və bərpa işləri başa çatıb. Artıq bu uşaq evinin sakinləri ən müasir tələblərə cavab verən binada yaşayacaqlar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müəssisənin əsaslı təmirdən sonra bu uşaq evində olaraq müəssisədə yaradılan şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə söhbət edib, onların qayğıları və arzuları ilə maraqlanıb.

Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt zalları, valideynlərlə görüş otağı inşa edilib. Təmirdən sonra uşaq evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr təşkil edir.Müəssisənin həyətində süni yaşıl örtüklü idman meydançası yaradılıb, yaşıllıq salınıb, ərazidə və binanın fasadında müasir işıqlandırma sistemi, uşaqların istirahəti üçün dekorativ oturacaqlar quraşdırılıb.

Rayonda 3,2 ha sahədə qısa müddətdə yeni yaradılan “Sevirəm” park kompleksinin də bu yaxınlarda açılışı olub.

Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.(Qafqazinfo)

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar
Bakının bu rayonunda 599 milyonluq sənaye məhsulu istehsal olunub -  Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler