» » Evləri su basdı - Məhəmmədidə + Fotolar

Evləri su basdı - Məhəmmədidə + Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Evləri su basdı - Məhəmmədidə + Fotolar
“Nasoslarla suyu bayıra çıxarırıq, yenidən dolur”.

Xalqİnfo.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Abşeron rayon, Məhəmmədi kənd sakini Nizami Sadıqov deyib. Kənd sakini bildirib ki, hazırda kənndəki 70-dən çox evi su basıb:

“Məhəmmədi bələdiyyəsində olduq. Dedilər ki, bizim gücümüz çatmir. Daha sonra FHN-ə zəng vurduq. Onlar da bildirdilər ki, gözləyək. Nə vaxt deyilsə, onda gələcəklər. Hazırda yol tamam bağlanıb. Nə uşaqlar məktəbə gedə bilir, nə də ki biz hərəkət edə bilirik”.

Kənd sakini onu da bildirib ki, yaşadıqları ərazidə kanalizasiya sistemi yoxdur: “ Dəfələrlə müraciət etmişik, ancaq bizə kanalizasiya sistemi çəkilmir”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler