» » Yağan qar Daşkəsəni işıqsız qoydu - Yenilənib

Yağan qar Daşkəsəni işıqsız qoydu - Yenilənib

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Yağan qar Daşkəsəni işıqsız qoydu - Yenilənib
Daşkəsən rayonunda yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub.

Xalqİnfo”nun Report-a istinadən məlumatına görə, Azərbaycanın dağlıq rayonlardan biri olan Daşkəsənə günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Hələlik avtomobil yollarında hərəkət dayanmasa da, ancaq güclü qarın nəqliyyat vasitələrinin hərəkətində problem yaradacağı istisna olunmur. Hazırda şəhərin bir hissəsində elektirik enerjisinin verilişində fasilə yaranıb. Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır. Hazırda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda Daşkəsəndə kəskin hava şəraiti davam edir və temperatur -4 dərəcədir.

“Hava şəraitinin bütün ölkə boyu kəskin pisləşməsinə, iki gündür ara verməyən güclü yağışa və dağlıq rayonlarda yağan qara baxmayaraq əhalinin elektriklə təchizatında ciddi problem yaranmayıb”.

Bunu virtualaz.org saytına “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T.Mustafayev Daşkəsəndə qar yağması nəticəsində elektrik təchizatının kəsildiyi haqda xəbərlərin doğru olmadığını bildirib: “Güclü küləyin ağacı yüksək gərginlikli elektrik xəttinin üstünə aşırması nəticəsində Xoşbulaq kəndinin elektrik enerjisi ilə təchizatı kəsilib. Lakin "Azərişıq" ASC-nin qəza xidməti qırılmış xətti tezliklə bərpa edib, hazırda Daşkəsənin bütün yaşayış məntəqələrində elektrik enerjisi ilə təchizat normal qaydada təmin edilir”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler