» » "Din fanatikliyi olmayan adamların sayını artırmaq, onları qorxutmamaq şərtdi"-

"Din fanatikliyi olmayan adamların sayını artırmaq, onları qorxutmamaq şərtdi"- Əlizadə

Bölmə: Sosial, Din, GÜNDƏM
"Din fanatikliyi olmayan adamların sayını artırmaq, onları qorxutmamaq şərtdi"-
Aysel Əlizadə

Əzadarlığa, bədən-baş yarmağa qarşı çıxan adamlara reaksiyaları görüncə öncələr entuziazmla sərgilədiyim mövqeyimi özüm üçün qəti şəkildə təsdiqlədim. Dəfələrlə biz yazılarımızda mesajlar vermişik: “Azad, anlayışlı, din fanatikliyi olmayan adamların sayını artırmaq, onları qorxutmamaq şərtdi. Onlardan ziyan gəlməz. Maariflənmə, təhsil, azadlıq duyğusu çox vacibdi, bir gün bu cəhalət başımızda çatlayacaq. Televiziyalardakı bu bayağılıq düşünə bilməyən, adekvat olmayan cəmiyyət formalaşdırır və bu təhlükəlidi”.

Bir siyasətçinin heykəli” yazısında Qiyasla Bayramın əslində nə bu cəmiyyətə, nə hakimiyyətə ziyanı olduğunu ifadə etməyə çalışmışam. O cür adamlarla anlaşmaq, onlara nəyisə anlatmaq mümkündü. Bu azadlıq qorxulu deyil, çünki elmli azadlıqdı. Onları sıxışdırdıqca digər yandan qaragüruh, aqressiv çoxluq formalaşır. Onlara isə heç nə izah etmək mümkün deyil. Mən heç vaxt ümumi mövzulardan və yalnız dindən yazmıram. Bu ölkənin, bu xalqın zirzəmisinə yığılan sudan tutmuş siyasi məhbusunacan bütün problemlərini dilləndirmişəm. Əzadarlığı cəmiyyətimiz üçün təhlükəli hesab edirəm. Bunu dəstəkləyənlərin cavablarını arqumentsiz, pafoslu görürəm. Daha dərin problemlərin qarşısına klassiklərdən ilhamlı misralar seçib çıxmaları üzücüdü.

Ən üzücüsü, Rəsulzadənin “din və dövlət”, “din və məişət”, “din və mədəniyyət” müstəvisində verdiyi mesajları duya bilməməkləridi. Bəlkə də yanılıram, duyurlar, sadəcə, başqa məqsədə yönləndirirlər. Bilirlər ki, kütlə alt qatı görməyəcək, bəlkə oxumayacaq da. Böyük bir ideoloqun, siyasi xadimin bir ömürlük zəhmətini zəncirdöyməyə haqq qazandırmaq üçün arqument gətirmələri adamı alt-üst edir. Rəsulzadənin islamla bağlı fikirlərini diqqətlə oxuyanda hər nüans aydın olur. Ehtiyatla və taktik o da biz deyəni deyib. Birbaşa, səthi yanaşmaq olarmı o boyda xadimə? Bayrağa olunan rəng əlavəsi də siyasi mahiyyət daşıyırdı. Rəngin gələcəkdə məna dəyişikliyi də çox optimal idi. Necə ki, zaman-zaman aydınlar bunu etməyə çalışıblar. Qara rəng də calaya bilərdi. Etməyib. Təbitəin rəngini saxlayıb... Rəsulzadə cəhalət xirtdəkdə olanda, Osmanlı, İran əhatəsində nə deyə bilərdi? Nanotexnologiya əsrində yaşayırıq. Bu əsrdə belə Azərbaycanda hansısa siyasətçi xürafatla bağlı açıq fikir deməyə cürət etmir. Dini güclərdən, inanclı xalqdan dəstək almaq üçün lazım olsa namaz da qılır, ziyarətə də gedir. Bizim bütün bəlalarımız saxtakarlığımızla bağlıdı. Bütün! Prinsipiallıq bumu? Deyil təbii. Prinsipiallıq Atatürklükdü.

Ölkəmizə nəsə olsa hamımız məhv olarıq. Bura cəhalətin ayaq açmasına imkan vermək olmaz! Əgər bu yolda ilahi bağımızı aşmalı olsaq belə buna düşünmədən getməyin vaxtı çoxdan çatıb. Çünki bütün təhlükələr sovuşandan sonra inancın cəmiyyətə ziyanı qalmır, əksinə, mədəni hadisəyə çevrilir. Ancaq kiçik bir Suriya, Fələstin olma təhlükəsi bizi yerlə bir edə bilər. Ona görə də indi inancı, dini bir kənara qoyub qüdrətli Azərbaycan yaratmaq uğrunda hərəmiz bir işin qulpundan yapışmalıyıq. Bu, bir ateistin dindarlara cavabı deyil. Bir aydının aydınlara cavabıdı.

Sayğılarla…


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler