» » Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)

Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)

Bölmə: Sosial, Din
Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri – 25 il” mövzusunda konfrans keçirilib.

Xalqİnfo.az xəbər verir ki, DQİDK-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Dövlət Komitəsinin və dini konfessiyaların rəhbərliyi, media nümayəndələri, dinşünas ekspertlər, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitənin sədr müavini Gündüz İsmayılov tədbiri açaraq bildirib ki, bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələn məsələlərlə bağlı bir sıra tədbirlər keçirilir. Ona görə də dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı belə bir konfransın keçirilməsi təsadüfi deyil: "Konfransın keçirilməsində əsas məqsəd müstəqilliyimizin bərpasından ötən 25 il ərzində respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsidir".

G.İsmayılov qeyd edib ki, Azərbaycanda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir. Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir. 25 il ərzində, dövlətimizin ən çətın günlərində belə tarixi-dini abidələrimizin bərpası yönünüdə önəmli bir kurs müəyyənləşdirilib ki, bu siyasətin memarı Ulu Öndər Heydər Əliyevdir. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün respublikada 2166 məscid var. Bunların 1500-ü gündəlik fəaliyyət göstərir. Məscidlərdən 692-nin dini icması dövlət qeydiyyatından keçib. Azərbaycanda bütün ənənəvi dinlərin ibadət yerləri, məscidlər, kilsələr, sinaqoqlar və s. var və insanlar sərbəst şəkildə ibadətlərini, dini ayinlərini yerinə yetirə bilirlər. G.İsmayılov deyib ki, müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanması, təbliği, tarixi-dini abidələrin bərpasında Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi xidmətləri var.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Aleksandr Ata, Avropa Yəhudilərinin Bakı dini icmasının sədr əvəzi Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Həyat sözü-2” dini icmasının sədri Elçin Paşayev çıxış edərək, dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən konfransı yüksək qiymətləndiriblər.

Bildirilib ki, bütün çətinliklərə və xarici müdaxilələrə baxmayaraq, Azərbaycanda dini konfessiyalar arasındakı vəhdət, dinlərarası dialoq həmişə qorunub və bu digər ölkələr üçün nümunə hesab olunmalıdır. Multikultural və tolerant dəyərlər Azərbaycan xalqının həyat tərzidir və Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir.

Konfrans öz işini müzakirələrlə davam etdirib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)
Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)
Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)
Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)
Dövlət Komitəsi: Azərbaycanda din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir (FOTO)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler