» » "Bu yalan və özündən uydurma söhbətdir" -


"Bu yalan və özündən uydurma söhbətdir" - MÜSAHİBƏ

Bölmə: Sosial, GÜNDƏM
"Bu yalan və özündən uydurma söhbətdir" -
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə Modern.az-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

-Cavanşir müəllim, Nemət Pənahlı saytımıza müsahibəsində qardaşınız, şeyxülislam Allahşükür Paşazadə haqqında “Allahşükür Paşazadə allahsız rejimə xidmət edib, “KQB”nin ageni olub” kimi ittihamlar səsləndirib...

-Nemət Pənahlıdan söhbət gedirsə, xalq onu çox gözəl tanıyır. Hamı bilir ki, o neçə dənə bayraq daşıyıb. Şeyxülislamın Azərbaycanda din və islamla bağlı hansı işlər gördüyü göz önündədir.

Hacı Allahşükür Paşazadənin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətləri hamıya məlumdur. Bunu Nemət Pənahlı kimi birisi bu deməklə şüyxülislamın nüfuzuna və hörmətinə heç bir formada xələl gətirə, onu haqqında mənfi imic formalaşdıra bilməz.

-Sizcə Nemət Pənahlı şeyx haqqında niyə belə danışır?

-Bu Nemət Pənahlının öz əxlaqıdır, öz fikirləridir. Kim necə yaşayırsa, elə də danışır. Nemət Pənahlı ulu öndər Heydər Əliyevin dalınca danışan insan olub. O bizim müstəqilliyimiz və dövlətimizin də arxasınca danışır. Onun hansı mənəviyyatlara və dövlətlərə qulluq etməsi Azərbaycan xalqına çox gözəl məlumdur.

-ADP sədri Sərdar Cəlaloğlu da şeyxülislam haqqında müəyyən fikirlər söyləyib. O deyib ki, “Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri olması Azərbaycan qanunlarına görə qadağandır və bu qurumun saxlanılması müstəqilliyimizə zidd hərəkətdir”. Bu deyilənlərə münasibətiniz necədir?

-Azərbaycanda şeyxülislam vəzifəsi Cümhuriyyət zamanında, ondan da qabaq mövcud olub və hər zaman da bütün Qafqazın şeyxi olub. Azərbaycanda şeyxülislamlıq statusunu Sərdar Cəlaloğlu həll etmir, bunu Qafqaz Müsəlmanları İdarəsi müəyyən edir.

Bu gün Azərbaycanın bütün xaricdəki səfirliklərində Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri var. Şeyxülislamın bütün Qafqaz müsəlmanlarının lideri kimi danışmaq haqqı var.

Bu yaxınlarda Türkiyədəki sammitdə də Ərdoğanın şeyx həzrətləri haqqında nələr dediyi, yüksək səviyyəli fikirləri və şeyxülislama necə müraciət etməsi hamıya məlumdur. Ona görə də bu kimi insanların şeyx haqqında nələr deməsi mənasız və yersizdir.

-Sərdar Cəlaloğlu eyni zamanda söyləyib ki, “Allahşükür Paşazadə deyir ki, “mən Putinə sədaqətliyəm”. Qardaşınız nə zamansa bu cür ifadə işlədibmi?

- Bu yalan və özündən uydurma söhbətdir. Rusiya bizim qonşu və dost ölkədir. Biz qonşuluqda dostluğa və əmin-amanlığa sadiqik. Biz Türkiyə, İran və Rusiyanın siyasətini onların maraqlarına uyğun şəkildə dəstəkləyirik.

Dövlət başçımızın da regionda atdığı addımları və yürütdüyü siyasəti dəstəkləyirik. Qonşu ölkələrlə, Rusiya ilə münasibətlərimizi, onların maraqlarına hörmətimizi bəziləri kimlərəsə sadiqlik kimi qiymətləndirilərsə, bu, onların şəxsi işləridir. Nəyi necə başa düşürlər düşsünlər...

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler