» » Hər 7 saniyədə bir azyaşlı ərə gedir - QORXUNC STATİSTİKA

Hər 7 saniyədə bir azyaşlı ərə gedir - QORXUNC STATİSTİKA

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Hər 7 saniyədə bir azyaşlı ərə gedir - QORXUNC STATİSTİKA
"Save the Children İnternational" təşkilatının məlumatında deyilir ki, qızların erkən yaşda verilməsinin qarşısı alınmasa, indi orta göstərici 700 milyondursa, 2030-cu ildə bu rəqəm 950 milyon, 2050-ci ildə isə 1.2 milyard olacaq.


Xalqİnfo.az-ın “Save the Children İnternational” təşkilatının rəsmi saytına istinadən məlumatına görə, bu gün hər 7 saniyədə 15 yaşından balaca qız ərə verilir.

Əfqanıstan, Somali, Yəmən, Hindistan kimi ölkələrdə 10 yaşlı qızlar özlərindən həddən çox böyük kişilərlə evləndirilir.

Təşkilat həmçinin qızların erkən yaşda ərə verilməsi, ilk dəfə ana olması, uşaq dünyaya gətirməsi və erkən yaşda ana ölümləri ilə bağlı müxtəlif ölkələrin reytinqlərini hazırlayıb. Siyahıda yer alan 144 ölkə içərisində Azərbaycan 69-cu yerdə yerləşir.

Təşkilatın CEO-su Helle Thorning Schmidt deyir ki, qızların erkən yaşda ərə verilməsi onların təhsil, böyümə və uşaq olma hüquqlarını pozur: “ Çox erkən ərə verilən qızlar məktəbə getmir və məişət zorakılığı, sui-istifadə və təcavüzə məruz qalır. Erkən yaşda hamilə qalırlar və HİV də daxil olmaqla cinsi yolla yoluxulan digər infeksiyalara yoluxurlar. Erkən yaşda hamilə qalmaq həm də onların uşaq bədənlərinin sağlığını da məhv edir”.

Təşkilatın yeni hesabatında bir fakta da toxunulub ki, əsasən kasıb ailələrin qızları erkən yaşda ərə verilir. Məsələn, Nigeriyada 15 yaşdan kiçik qızların 40%-i bu səbəbdən erkən ərə verilir.
Hindistan qızların uşaq yaşda evliliyinə görə birinci yerdədir. Hind qızlarının 24,6 milyonu, təxminən 47 %-i 18 yaşdan əvvəl ərə gedib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler