» » Bir hərbçimizi itirdik

Bir hərbçimizi itirdik

Bölmə: Sosial
Bir hərbçimizi itirdik
Bakı-Qazax yolunda yol qəzası baş verib.

ans press-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ və BMW markalı minik avtomobilləri toqquşub.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, VAZ markalı minik avtomobilində olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən VAZ markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Kəpəz TV"-nin verdiyi məlumata görə, qəzaya uğrayan "BMW" markalı avtomobilin içərisində hərbçilər olub.

Qəza zamanı "VAZ 2107"-nin sürücüsü 63 yaşlı Allahverən Həsənov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi - 26 yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi hospitala aparılıblar. Mülki şəxsin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler