» » Maliyyə Nazirliyinə qarşı rüşvət ittihamı - Təhsil şöbələrindən pul yığılır

Maliyyə Nazirliyinə qarşı rüşvət ittihamı - Təhsil şöbələrindən pul yığılır

Bölmə: Sosial, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET
Maliyyə Nazirliyinə qarşı rüşvət ittihamı - Təhsil şöbələrindən pul yığılır
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, iş planına uyğun olaraq, 2016-cı ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin bir sıra rayon təhsil şöbəsində maliyyə-təsərrüfatının fəaliyyətinin təftişiylə əlaqədar apardığı yoxlamalar yerlədə narazılıqla qarşılanır. Bu haqda sosial şəbəklərdə də informasiyalar verilib.

Xalqİnfo.az bildirir ki, Gununsesi.info-ya Tərtər və Bərdə rayonundan daxil olan məlumata əsasən, yoxlamaların “ugurlu” başa çatması üçün məktəblərdən kütləvi şəkildə kifayət qədər iri məbləğ yığılır. Belə ki, kənd və şəhər statusuna uyğun olaraq, olmaqla hər məktəbdən alınan məbləğ yerinə görə fərqlənir: “Ötən il Tərtər rayonunda səhiyyə təşkilatlarında yoxlamalar gedirdi. O zaman da xəstəxanalardan tələb olunan məbləğ həkimlərdən alınırdı. Hər bir tibb işçisi 1 aylıq əmək haqqını təftişçilərini “hörmətini” edəcək şəxsə çatdırırdı. Hazırda məktəblərdə də eyni hal yaşanır. Məktəb direktorları onlardan tələb olunan vəsaiti özləri ödəmək iqtidarında olmadıqları üçün müəllimlərdən kütləvi şəkildə toplamaq məcburiyyətindədirlər. Kənd məktəblərindən bu məqsədlə 4-5 min manat arası pul yığılır. Onsuzda ehtiyac içində yaşayan müəllimlər isə bundan narazıdırlar. Borsunlu kəndində bu məbləğ tam çatmadığı üçün cərimələr edilib”-,deyə o bildirib.

Mənbənin verdiyi məlumata görə, Maliyyə Nazirliyinin yoxlama aparan əməkdaşları üçün Bərdə, Gəncə və digər rayonların təhsil sistemində işləyən kollektivlərindən üst-üstə 1,5 milyon manat yığılıb.

İstirahət günü olduğundan məsələyə Maliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler