» » "Sosial şəbəkələrdə yüngül həyat keçirənlərə bənzəmək istəyirlər. Niyə?" - Komitə sədri

"Sosial şəbəkələrdə yüngül həyat keçirənlərə bənzəmək istəyirlər. Niyə?" - Komitə sədri

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
"Sosial şəbəkələrdə yüngül həyat keçirənlərə bənzəmək istəyirlər. Niyə?" - Komitə sədri
Elm adamları iddia edirlər ki, evlilik üçün ən ideal vaxt 25-32 yaş arasıdır. Araşdırmalara əsasən gənclərin əksəriyyəti 18-20 yaşda evlənir. Bu yaşda gənclər evlənmək üçün tam formalaşmış hesab olunmur. Münasibətlərin inkişafını tam başa düşməmələri cütlüklərin bəzən boşanmasına səbəb olur.

25 yaşdan sonra evlənənlər arasında boşananma faizləri azdır. 30 yaşda isə insanlar problemləri həll etmək iqtidarında olurlar və xoşbəxt ailə həyatı sürə bilirlər.

Azərbaycanda boşananların sayı ildən-ilə artır. Əgər 2015-ci ildə 68773 nikah bağlanıbsa, 12764 boşanma olub. 2016-cı ilin ilk 7 ayı ərzində isə qeydiyyat şöbələri tərəfindən 35,4 min nikah və 7,4 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,3 olub.

Boşanmaların artmasında yaş faktoru mühüm rol oynayırmı?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı elm adamlarının fikirləri ilə razılaşmadığını deyib.

Xalqİnfo.az xəbər verir ki, Deputat AzVision.az-a açıqlamasında bildirib ki, erkən yaxşlarda ailə həyatı qurmaq boşanmalara əsas səbəb deyil.

“Ailə qurmazdan əvvəl ciddi düşünmək lazımdır. Bəzən xoşbəxt cütlüklər arasında adi problem boşanma həddinə gəlib çıxır. Bu, ailə tərbiyəsinə bağlı olan məsələdir. Bunlar eyni zamanda ailələlərin bir-birinin yaxşı tanınmasından xəbər verir. Təkcə məcburi evliliklərdə boşanma olmur. Eyni zamanda məişət zorakılıqları da boşanmalara səbəb olur. Bundan əlavə kənar müdaxilələr də ailələri dağıdır”.

Millət vəkili hesab edir ki, boşanmaların artmasının başında cahillik, təhsilsizlik durur: “Əgər tərəflər təhsillidirsə, onlarda dözümlülük varsa, böyük-kiçiyə yaxşı münasibət göstərilirsə, ata-ananın məsləhətinə qulaq asılırsa və bunlardan nəticə çıxara bilinirsə, onda həmin ailələr sağlam olur. Yoxsa tərəflər yekabaşlıq edirsə, qarşı tərəfi tanımadan sosial şəbəkələrdə tanış olub, bir həftədən sonra ailə qurursa, kimsə onu məcbur evliliyə təhrik edirsə və burada məişət zorakılığa varsa, əlbəttə, bu ailələrdə ziddiyət olacaq və dağılacaq”.

Komitə sədri ideal ailə modelini də açıqlayıb. Deputatın fikrincə, ən yaxşı ailə tərəflərin təhsilli olmasıdır. “Boşanan ailələrin bir neçəsini təhlil etmişik. Həmin ailələrdə qız uşaqlarının əsasən təhsilsiz olmaları, təhsillərini yarımçıq qoymaları diqqət çəkib. Eyni zamanda son vaxtlar vətəndaş nikahı dəbə düşüb. Bu nikahlardan dünyaya gələn uşaqlar kənarda qalır. Ailə müqavilələrinin bağanması vacibdir. Evlənəndə heç nəyə baxmır, dini kəbin kəsirlər və gəlin getdiyi yerdə çox vaxt onu qeydiyyata almırlar. Belə ailələr dağılanda ana uşağı üçün heç nə edə bilmir, aliment ala bilmir, bağçaya verə bilmir və s. Bunlar hamısı cahillikdən savadsızlıqdan irəli gəlir. Qadın hər hansı peşə sahibi olsa, özünü müdafiə edə, uşaqlarını saxlaya biləcək. Bunlar olmadan nöqsanlar üzə çıxır. Erkən nikahlar, kənar müdaxilə, maddi vəziyyət, təhsilsizlik boşanmalara gətririb çıxardır”.
A.Naxçıvanlının sözlərinə görə, ideal ailə odur ki, hər iki tərəf bir-birini başa düşsün, güzəştə gedə bilsin, savadlı olsunlar və yaxşı ailə tərbiyəsi olsun.

“Bu gün qloballaşan dünyada yaşayırıq, amma gənclərimiz yaxşılardan çox pisləri tez götürür. Sosial şəbəkələrdə yüngül həyat keçirənlərə bənzəmək istəyirlər. Niyə? Çünki o, asan ələ düşür və əziyyət çəkmək istəmirlər. Pula görə ərə gedən qızlar da var. Onlar fikirləşirlər ki, pul varsa, gözəl həyat yaşayacaqlar, amma belə olmur”, deyə deputat vurğulayıb.


Əlaqə üçün E - mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler