» » Nazirlikdən Günəşlidə ağacların kəsilməsi xəbərinə -

Nazirlikdən Günəşlidə ağacların kəsilməsi xəbərinə - Münasibət

Bölmə: Sosial
Nazirlikdən Günəşlidə ağacların kəsilməsi xəbərinə -
“Son günlərdə Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsi faktına rast gəlinməyib”.

Xalqİnfo” xəbər verir ki, bu sözləri “Bizim Yol”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov bildirib.

Onun sözlərinə görə, sözügedən parkda ağacların kəsilməsi faktına sonuncu dəfə bu ilin may ayında rast gəlinib: “Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma zamanı ağacları Əmrahov Elçin Əziz oğlunun kəsdiyi müəyyən olunub. Həmin şəxs tərəfimizdən iyun ayında inzibati qaydada 2200 manat cərimə edilib”.

Ç.Nəcəfov qeyd edib ki, hazırda ərazi nəzarət altındadır: “Bu gün də əməkdaşlarımız ərazidə olublar, ağacların kəsilməsi faktına rast gəlinməyib”.

Qeyd edək ki, bu gün saat 10.00 radələrində Günəşli qəsəbəsində bir qrup sakin 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsinə etiraz edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler