» » “Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -

“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -

Bölmə: Sosial
“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -
“Avropa Gənclər Festivalı” çərçivəsində şənliklər davam edir.

Xalqİnfo bildirir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Mərasim iştirakçılarını rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazları qarşılayıblar. Gəncə Musiqi Kollecinin, Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansanbılı və solistlərinin, Gəncə Dövlət Kamera Orkestrı solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

“Gəncəçay” Park Bulvar Kompleksində tədbir iştirakçıları cizgi filimlərinin qəhrəmanlarının rəqsinə tamaşa edib. Qonaqlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar.

“Gəncəçay” Park Bulvar Kompleksindən sonra mərasim iştirakçıları əllərində Azərbaycanın üçrəngli bayrağını tutan Gəncə Avropa Gənclər Paytaxtı layihəsinin könüllülərinin müşayəti ilə “Gəncə Avropa Gənclər Paytaxtı- 2016” parkına gəliblər.

Daha sonra parkda ayrılmış xüsusi yerdə xatirə ağacları əkilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Tapdıqova
Xalqİnfo.az


“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -
“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -
“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -
“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -
“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -
“Avropa Gənclər Festivalı” fotoqrafın gözü ilə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler