» » Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi -

Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi - Foto

Bölmə: Sosial
Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi -
Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

Xalqİnfo”nun Lent.az-a istinadən məlumatına görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib.

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Tapdıqova
Xalqİnfo.az


Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler