» » “BAKU STEEL COMPANY”DƏ ALOV FƏHLƏLƏRİN ÜZƏRİNƏ PÜSKÜRÜB, 4 NƏFƏR YARALANIB - YENİLƏNİB

“BAKU STEEL COMPANY”DƏ ALOV FƏHLƏLƏRİN ÜZƏRİNƏ PÜSKÜRÜB, 4 NƏFƏR YARALANIB - YENİLƏNİB

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“BAKU STEEL COMPANY”DƏ ALOV FƏHLƏLƏRİN ÜZƏRİNƏ PÜSKÜRÜB, 4 NƏFƏR YARALANIB -  YENİLƏNİB

Yanıq xəsarəti alan şəxslər xəstəxanaya yerləşdiriliblər


Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.

"Xalqİnfo"nun “Report”-a istinadən xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

“Report”un əldə etdiyi məlumata görə, “Baku Steel Company”də alov püskürməsi nəticəsində xəsarət alanlardan Rəşad Veyisov ambulator müayinə olunduqdan sonra evə buraxılıb.

Lakin yaralılardan üçünün vəziyyəti ağırdır. Belə ki, Kamil Məmmədovun bədəninin 70 faizi, Şahin Əliyevin isə bədəninin 67 faizi yanıb. Bundan başqa, İmran Qasımov şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən, onun da səhətində ciddi problemlər yaranıb.

Hazırda hər üç şəxs həkim nəzarətindədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler