» » DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

Bölmə: Sosial
DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
Görüşdə Eskişehirdə təhsil alan 60 nəfərə yaxın azərbaycanlı tələbə iştirak edib


Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyi Əskişəhər Universitetində təhsil alan birinci kurs tələbələri ilə görüş keçirib.

"Xalqİnfo" bildirir ki, bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbərliyi azərbaycanlı tələbələrin problemlərini dinləyib və yaxın vaxtlarda çətinliklərin aradan qaldırılması üçün bütün tədbirlərin görüləcəyini deyib.

Dərnəyin fəaliyyəti barədə məlumat verən Cavid Aydın isə təşkilat olaraq tələbələr üçün seminar, konfrans və müsabiqələrlə yanaşı, Eskişehir sakinlərinə Azərbaycanı tanıtmaq məqsədilə müxtəlif tədbirlər təşkil etdikərini bildirib. Təşkilat rəhbəri Eskişehirdə yaşayan bütün azərbaycanlılar, o cümlədən azərbaycanlı tələbələrin hər bir istəyinə dərnəyin qapılarının açıq olduğunu deyib. Azərbaycanlı tələbələrin inkişafı üçün keçirilən bilik yarışmalarının bu il də nəzərdə tutulduğunu qeyd edən C.Aydın “Buta” təhsil müsabiqəsinin bu il altı fənn üzrə keçiriləcəyi barədə tələbələləri məlumatlandırıb.

Görüşdə Eskişehirdə təhsil alan 60 nəfərə yaxın azərbaycanlı tələbə iştirak edib.

Xalqİnfo.az

DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
DİASPOR RƏHBƏRİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler