» » “Avropa Gənclər Festivalı”nın açılış mərasimi keçirildi -

“Avropa Gənclər Festivalı”nın açılış mərasimi keçirildi - Fotolar

Bölmə: Sosial, Idman, GÜNDƏM
“Avropa Gənclər Festivalı”nın açılış mərasimi keçirildi -
“Avropa Gənclər Festival”ının açılış mərasimi keçirilib. "Xalqİnfo" bildirir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib.

Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Gəncənin güclü rəqiblər arasında Avropa Gənclər Paytaxtı seçildiyini bildirən Yohanna Niman qeyd edib ki, Avropanın Gənclər Paytaxtı seçilməsinin Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verib. Avropa Gənclər Forumunun prezidenti bildirib ki, Gəncədən sonra 2017-ci ildə Avropanın Gənclər Paytaxtı Bolqarıstanın Varna şəhəri olacaq.

“Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin bu ada layiq görülməsindən fəxr etdiyini bildirib. Layihə çərçivəsində görülən və nəzərdə tutulan işlərdən danışan Elmir Vəliyev Gəncənin Avropanın Gənclər paytaxtı adına layiq görülməsində ölkəmizin beynəlxalq nüfuzunun rolunu qeyd edib.

Rəsmi hissə bitdikdən sonra “Rio-2016” Olimpiadasında qazanılmış yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Toğrul Əsgərov, Rio-de-Janeyroda keçirilən XV Paralimpiya Oyunlarının cüdo üzrə paralimpiya çempionu RamilQasımov, İlk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqiçisi, Əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqiçisi, Əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler