» » Bakı-Quba yolunda yeniyetməni maşın vurub -

Bakı-Quba yolunda yeniyetməni maşın vurub - FOTO

Bölmə: Sosial
Bakı-Quba yolunda, Siyəzən rayonunun Giləzi kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xalqİnfo.az bildirir ki, “Report”un Şimal bürosu xəbər verir ki, Abdullayev Habil Həmid oğluna məxsus 90-CX-147 nömrəli avtomobil 2000-ci il təvəllüdlü Abdullayev Elmin Hicran oğlunu vurub.

Yeniyetmə Siyəzən Regional Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları gəliblər.
Həkimlərin bildirdiyinə görə, xəstəni sürücü özü xəstəxanaya çatdırıb.

Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üzün və təpə nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler