» » Xərçəng xəstəsi olan rejissordan ÜRƏKPARÇALAYAN SÖZLƏR - FOTO

Xərçəng xəstəsi olan rejissordan ÜRƏKPARÇALAYAN SÖZLƏR - FOTO

Bölmə: Sosial, Mədəniyyət
Xərçəng xəstəsi olan rejissordan ÜRƏKPARÇALAYAN SÖZLƏR - FOTO

Bu gün 1-ci sinifə qədəm qoyanlar sırasında xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadənin də qızı var.

Xalqİnfo.az Publika.az-a istinadən xəbər verir ki, 1-ci sinfə qədəm qoyan qızının yanında ola bilməyən rejissor məyusluğunu belə ifadə edib: “Bu gün mənim gözümün nuru olan, qızım Fatimə 1-ci sinifə gedir. Təəssüf ki, bu xəstəlik mənə imkan vermədi ki, yanında olam, sevincini səninlə bölüşəm. Əminəm indi səbəbini bilməsən də, zaman keçəndən sonra məni çox qınamarsan. Amma bu gün sən artıq həyata ilk addımını atırsan. Bu yol elm, bilik, savad yoludur. Vətənə, ailənə xeyir verən bir övladın yoludur. Sənə Allahdan zehin açıqlığı arzu edirəm. Dərslərində diqqətli və səbirli olmağı diləyirəm. Sən körpəlikdən çox ağıllı uşaq olmusan. Əminəm ki, böyük alim və ya həkim mütləq olacaqsan. Allah səni qorusun. Dualarım daima səninlədir. Harada olsam səni çox sevirəm”.


Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler