» » Deputat nazirə müraciət etdi, işə düzəldi -

Deputat nazirə müraciət etdi, işə düzəldi - Gözləri görmür...

Bölmə: Sosial, BLOK XƏBƏR
Deputat nazirə müraciət etdi, işə düzəldi -

Sağlamlıq imkanları məhdud olan (görmə ilə bağlı) Günay Ağayeva 5 saylı Respublika xüsusi internat məktəbində işə qəbul edilib.

Xalqinfo” xəbər verir ki, bu barədə G. Ağayevanın müəllimi, təhsil eksperti Kamran Əsədov facebookda yazıb. O bildirib ki, tələbəsi bundan sonra sözügedən məktəbdə tarix müəllimi kimi çalışacaq.

Ekspert xatırladıb ki, tələbəsi müəllimlərin işə qəbulu imtahanında 43 bal yığsa da, işlə təmin edilməyib. K. Əsədov G. Ağayevanın işlə təmin olunmasında göstərdiyi köməkliyə görə milllət vəkili Qənirə Paşayevaya təşəkkür edib.

Kamran Əsədov bildirib ki, əslində Qanunvericiliyin tələblərinə görə Günayın müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak etməsi mümkün deyil: "Bu qanun pozuntusudur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbə müəllim qəbulu imtahanla yox, müəssisə tərəfindən nazirliyin göndərişi ilə həyata keçirilir".

***

Millət vəkili Qənirə Paşayeva isə Təhsil naziri Mikayıl Cabbarova sağlamlıq imkanları məhdud olan (görmə ilə bağlı) Günay Ağayevanın işə qəbulu ilə bağlı göstərdiyi dəstəyə görə təşəkkür edib:

"Qeyd edim ki, bir neçə gün əvvəl Günay Ağayevanın müəllimi, ona dəstək üçün böyük işlər görmüş Kamran Əsədovun tarix müəlliməsi olan Günayın işlə təmin olunmasının vacibliyi ilə bağlı paylaşdığı statusdan sonra Günay Ağayeva ilə görüşdük və belə bir dəyərli gəncimizin ixtisası üzrə işlə təmin olunmasının çox önəmli olduğunu gördük. Eyni zamanda onun işlə təmin olunmasının yüzlərlə fiziki imkanları məhdud gənclərimiz üçün də böyük bir stimul olacağını da gördük və onunla bağlı Təhsil naziri cənab Mikayıl Cabbarova müraciət edərək dəstək göstərilməsini xahiş etdik. Mikayıl müəllimə Günay xanımla bağlı müraciətimizə diqqət və həssaslıq göstərərək qısa zamanda onun işlə təmin olunmasına göstəriş verdiyi üçün bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda Günayın müəllimi Kamran Əsədova Günaya verdiyi böyük dəstək üçün bir daha təşəkkürlər. Əziz dostum Günaya isə işində böyük uğurlar diləyirəm və inanıram ki, o, çox gözəl bir müəllimə olaraq böyük uğurlar qazanacaq".

***

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da sözügedən məsələyə münasibət bildirib:

"Çox təəssüf ki, bizim bəzi dostlarımız gündəmdə olmaq üçün gündəlik nə isə fikirləşir. Təhsil Nazirliyi rəhbərliyinin diqqəti və bu məsələyə xüsusi yanaşması ilə sağlamlıq imkanları məhdud olan (görmə ilə bağlı) Günay Ağayeva 5 saylı Respublika xüsusi internat məktəbində işə qəbul edilib".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler