» » Bakıdakı avtobusda sərnişin “şou”su - Video

Bakıdakı avtobusda sərnişin “şou”su - Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bakıdakı avtobusda sərnişin “şou”su - Video

Hələ də avtobuslarda sərnişinlərin həyatının təhlükəyə atılması ilə müşayiət olunan hadisələr qeydə alınır.

Təbii ki, bu məsələdə sərnişinlərin də günahı az deyil, həyatlarını təhlükəyə atırlar. Sürücü isə buna mane olmaq əvəzinə, qayda pozuntusuna şəraitdə yaradır. Hətta avtobus sərt döngədən dönməsinə baxmayaraq, qabaq qapıdan sallanan sərnişin bir ayağını havada yellədir.

Görüntülər Zabrat qəsəbəsi və "Koroğlu" metrostansiyasi istiqamətinə hərəkət edən 198 saylı marşurt avtobusundandır. Arxada hərəkət edən avtomobildə mobil telefonla qeydə alınan görüntülərdə həm avtobusun sürücüsü, həm də sərnişinlər qayda pozuntusuna yol verirlər.

Məsələ ilə bağlı 198 saylı marşurt xətlərinin sahibkarı Əlibaba bildirib ki, faktla bağlı araşdırma aparılacaq və sürücü aşkar edilərək cəzalandırılacaq. Onun cəzası isə işini itirmək olacaq.

“xalqinfo” xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler