» » 15 rayonda qaz olmayacaq

15 rayonda qaz olmayacaq

Bölmə: Sosial
15 rayonda qaz olmayacaq
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ans press-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Quba, saat 16:00-dan 18:00-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə qazın verilişində məhdudiyyətlər olacaq.

Eyni zamanda qaz nəqli sistemində görülən işlər və 720 mm-lik “Yevlax-Naxçıvan” magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18:00-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə qazın verilişində fasilələr yaranacaq.

Həmçinin 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar 11.06.2014-cü il tarixdən 13.06.2014-cü il tarixədək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eyni zamanda, 10.06.2014-cü il tarixdə Gəncə şəhərində baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsilik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 24:00-dan işlər başa çatanadək Gəncə şəhərinin əhali abonentlərini təbii qazla təmin edən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler