» » Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb

Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb (FOTOLAR)

Bölmə: Sosial, Din
 Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Naftalan şəhərinə səfər edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Kamal Abdullayev Cümə məscidinə gəlib, dindarlarla görüşüb. Görüşdə Ulu Öndərin banisi olduğu Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlərdən, dövlət-din münasibətlərindən söhbət açılıb. Həmçinin bildirilib ki, məscidlərdə kitabxanaların olması, din xadimlərinin mütəmadi mütaliə etmələri vacib amillərdəndir.

Dindarlar ölkəmizdə dövlətin dinə qayğısından danışıb, onlara göstərdiyi yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra dindarlara multikulturalizmlə bağlı kitablar və jurnallar təqdim olunub.
 Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb
 Dövlət müşaviri Naftalanda dindarlarla görüşüb






























Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler