» » Misirli jurnalist Azərbaycanda Ramazan

Misirli jurnalist Azərbaycanda Ramazan ənənələrindən yazıb

Bölmə: Sosial, Din
Misirli jurnalist Azərbaycanda Ramazan  Misirin aparıcı elektron qəzeti - “Asiaelyoum”da jurnalist Əbubəkr Əbulməcdin “Azərbaycanda mübarək Ramazan bayramı” adlı məqaləsi yayılıb.

Xalqinfo.az Azərtac-a istinadən bildirir ki , müəllif Azərbaycanın dünyanın ən qədim və zəngin tarixə malik, Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən və İslam dinini erkən dövrlərdən qəbul edən ölkələrdən biri olduğunu yazır, Azərbaycan xalqının mübarək Ramazan bayramını özünəməxsus şəkildə keçirməsi barədə məlumat verir.

Məqalədə Azərbaycanın öz tarixi və mədəniyyəti ilə dünya mədəniyyətinin, xüsusilə də İslam və ərəb mədəniyyətinin inkişafına töhfə verdiyi, görkəmli şəxsiyyətlər yetişdirdiyi diqqətə çatdırılır.

Azərbaycanda bütün dinlərdən olan nümayəndələrin dinc yanaşı yaşadıqları, dini ayinləri sərbəst yerinə yetirdikləri vurğulanır. Ramazan ayının bu ölkədə müsəlmanları sıx birləşdirən dəyərlərdən biri olduğu diqqətə çatdırılır.

Müəllif Azərbaycanda Ramazanın insanların bir-birilərini təbrik etmələri, qohumlara, qonşulara baş çəkmələri, xüsusilə də ehtiyacı olanlara yardım göstərmələri kimi adət-ənənələrindən söz açır, Prezident İlham Əliyevin müqəddəs bayram münasibətilə Azərbaycan xalqını xalqı təbrik etməsi barədə məlumat verir.

Məqalədə Ramazan bayramının Azərbaycanda hər il böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd olunduğu, ölkədə multikultural ənənələrin ehtiramla qorunduğu qeyd edilir.

Misirli jurnalist Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə şəhərin böyük məscidlərinin birində bayram namazının qılındığını, bayram xütbəsinin oxunduğunu, müsəlmanların birliyinin nümayiş olunduğunu diqqətə çatdırır.





Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler