» » Kompyuteri smartfondan idarə edən mobil proqram

Kompyuteri smartfondan idarə edən mobil proqram

Bölmə: Sosial, BLOK XƏBƏR
Kompyuteri smartfondan idarə edən mobil proqram“LG” şirkəti smartfon vasitəsilə "Mac” və ya “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompyuteri idarə etməyə imkan verən yeni “VPInput” servisini təqdim edib.

Hazırda əlavənin dəstəklədiyi qurğular arasında “LG G4”, “LG G5”, eləcə də "LG V10” smartfon modelləri yer alıb.

Xalqinfo.az AZƏRTAC-ın “ictnews.az” saytına istinadən verdiyi məlumata əsasən xəbər verir ki, mobil qurğu fərdi kompyuterlə "Bluetooth” ilə birləşir və idarə olunur. “VPInput” həmçinin qoşulmuş telefonu klaviatura və “maus” vasitəsilə idarə etməyə imkan verir. Xüsusi interfeys birbaşa kompyuterdən məlumat yazmağa və göndərməyə şərait yaradır.

Bundan başqa, qurğular arasında faylların surəti çıxarılan zaman smartfonda istifadəyə imkan verən ümumi mübadilə buferi (clipboard - aralıq məlumat saxlancı) nəzərdə tutulub.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler