» » Neftçalada bu işi qanunsuz edənlər

Neftçalada bu işi qanunsuz edənlər cərimələnəcəklər

Bölmə: Sosial, BLOK XƏBƏR
Neftçalada bu işi qanunsuz edənlərBəzi kütləvi informasiya vasitələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları tərəfindən operativ olaraq yerində araşdırılıb.

Xalqinfo.az Azərtac-a istinadən bildirir ki , nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, araşdırma zamanı Şirvanlı kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunmuş faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb. Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Neftçala Rayon Polis Şöbəsinə və Şirvanlı kəndinin də daxil olduğu Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub.

Sözügedən ərazi nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler