» » Masallının Sirəbil kəndinə

Masallının Sirəbil kəndinə “mavi yanacaq” verilib

Bölmə: Sosial, BLOK XƏBƏR
Masallının Sirəbil kəndinə  Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyunun 23-də Masallı rayonunun Sirəbil kəndinə təbii qaz verilib.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, 750 nəfərə yaxın sakini olan kənddə 144 ailə üçün qaz xətləri çəkilib, hər bir evə sayğac quraşdırılıb.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Azəriqaz” İstehsalat Birliyinin Tikinti Departamentinin rəis müavini Ramil İsgəndərov, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəis müavini Qənimət Səmədov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Kənd sakinləri əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Masallının Sirəbil kəndinə
Masallının Sirəbil kəndinə




































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler