» » Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblar

Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblar (FOTOLAR)

Bölmə: Sosial, BLOK XƏBƏR
Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblarABŞ-ın Nyu-York ştatının Osveqo şəhərində VI GENIUS Beynəlxalq Layihə Olimpiadası keçirilib. Olimpiada “Terra” Elm və Təhsil Fondu tərəfindən, Nyu-York Universitetinin ev sahibliyi ilə təşkil olunub.

Xalqinfo.az “İstək” liseyindən AZƏRTAC-a verilən məlumata əsasən bildirir ki, 60-dan çox ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada Azərbaycanı bu təhsil müəssisəsinin şagirdləri təmsil ediblər.

Ənənəvi olaraq hər il keçirilən olimpiadada şagirdlər biznes, dizayn, elm, incəsənət, yazı kataqoriyaları üzrə layihələrini təqdim ediblər. Azərbaycanlı şagirdlər 282 layihənin qatıldığı elm və 107 layihənin qatıldığı incəsənət kateqoriyalarında mübarizə aparıblar.

Onların “Sağlam həyat sağlam mühit tələb edir” və “Ətraf mühitin mühafizəsi, neft və qaz itkilərinin qarşısının alınması” layihələri münsiflər tərəfindən yüksək qiymətləndirilib.

Şagirdlərimiz gümüş və bürünc medala layiq görülüblər.
Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblar
Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblar
Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblar
Məktəblilər Beynəlxalq Layihə Olimpiadasında yüksək nəticə qazanıblar




































































Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler