» » Bakı-Naxçıvan aviareysləri

Bakı-Naxçıvan aviareysləri bərpa olunüb

Bölmə: Sosial, BLOK XƏBƏR
Bakı-Naxçıvan aviareysləri  Ötən gün günorta saatlarından başlayaraq Bakı-Naxçıvan reysində yaranmış problem tam aradan qaldırılıb.

Xalqinfo.az bildirir ki,bunu Publika.az-a açıqlamasında “AZAL”-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, gecə saat 01:00-dan başlayaraq reyslər bərpa edilib.

“Günorta saat 14:50-də Bakıdan havaya qalxan təyyarə pis hava şəraitinə görə Naxçıvan hava limanına enə bilməyib, geri qayıtmışdı. Sonra isə daha 3 reysdə gecikmə oldu. Hava şəraiti ilə bağlı uçuşlara məhdudiyyət qoyulmuşdu. Lakin hazırda bütün reyslər bərpa edilib”.

P.Kəsəmənski hava şəraiti ilə bağlı əvvəldən xəbərdarlığa baxmayaraq, təyyarənin nə üçün havaya qalxmasına da aydınlıq gətirib:

“Düzdür, bizdə əvvəldən hava şəraiti ilə bağlı məlumat var idi. “AZAL”ın özünü də meteoroloji xidməti hava şəraiti ilə bağlı məlumatlar verir. Lakin təyyarə qalxanda hava çox kəskin olmayıb, qəfildən dəyişib. Biz də sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq təyyarənin geri qayıtması qərarını verdik”.

Qeyd edək ki, ötən gün Bakı-Naxçıvan reysinin təxirə salınması hava limanında sıxlığa və narahatlığa səbəb olmuşdu. Reyslərin təxirə salınma səbəbi güclü şimşək çaxması idi.





Kainat Şirin




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler