» » Ərdoğan Obamaya

Ərdoğan Obamaya başsağlığı

Bölmə: Sosial, Dünya, BLOK XƏBƏR
Ərdoğan Obamaya  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Xalqinfo.az APA-a istinadən bildirir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Türkiyə prezident amerikalı həmkarına Orlando şəhərində baş vermiş faciə ilə əlaqədar baş sağlığı verib.

“Tərəflər həmçinin ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki lider zorakı ekstremizmə qarşı mübarizənin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.





Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler