» » Məktəb direktorları necə seçiləcək?

Məktəb direktorları necə seçiləcək?

Bölmə: Sosial
Məktəb direktorları necə seçiləcək?
Azərbaycan Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar hazırlayır. ANS PRESS-in məlumatına görə, Təhsil Nazirliyinin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib: "Hazırda nazirlik tərəfindən direktorların işə qəbulu qaydaları hazırlanır. Düşünürəm ki, bu ilin sonuna kimi, növbəti tədris ilindən bu istiqamətdə də bəzi yenilikləri ictimaiyyətə çatdıra biləcəyik".

Direktor kimi çalışan və gələcəkdə məktəbin idarə edilməsində fəaliyyət göstərən kadrlar üçün ötən ilin noyabr ayından keçirilməyə başlanılan təlim kursları başa çatıb.
Ümumilikdə 53 nəfər təlimdə iştirak edib. Təlimlər zamanı onlara kurikulum, təhsillə bağlı ətraflı məlumatlar verilib.

E.Əmrullayev bildirib ki, imtahan nəticələri bu həftə məlum olacaq və onlar uğur sertifikatı ilə mükafatlandırılacaqlar: "Sonradan Bakı şəhərində mövcud olan və gələcəkdə yaradılacaq rəhbər vəzifələrə təyinatlar zamanı üstünlük bu şəxslərə veriləcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler