» » Bu marşrutların yolu dəyişir

Bu marşrutların yolu dəyişir

Bölmə: Sosial
Bu marşrutların yolu dəyişir

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Neftçilər prospektinin Azneft dairəsi tərəfdən – Dövlət Bayrağı Meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bəzi marşrut xətlərinin istiqamətini də dəyişdirib.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri istiqamətində gedən 5-6-124-88-195-53 saylı marşrut xətləri üzrə hərəkət edən avtobus sürücüləri alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük verəcəklər.

Agentlik sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler