» » İsmayıllıda sürüşmə 3 kəndin rayonla əlaqəsini kəsdi

İsmayıllıda sürüşmə 3 kəndin rayonla əlaqəsini kəsdi

Bölmə: Sosial, BLOK XƏBƏR
İsmayıllıda sürüşmə 3 kəndin rayonla əlaqəsini kəsdiMay ayı ərzində leysan xarakterli yağışlar bəzi sürüşmə sahələrində aktivliyə səbəb olub, həmçinin yeni sürüşmə sahəsi yaradıb.

Xalqinfo.az bilidirir ki,bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında əksər sürüşmə sahələrində sabitlik müşahidə edilib. Lakin Masazır sürüşmə sahəsində aktivlik var. Ümumi kütlənin üzərində olan çatlarda 2.5-3.2 sm enində genişlənmə qeydə alınıb.

“Astara rayonu Digədi avtomobil yolunun 5-7-8-10-cu kilometrliyində sürüşmə, çökmə müşahidə edilib, uçqun qeydə alınıb. Ağsu rayonunun Suraxanı, Dilman sürüşmə sahələrində qismən aktivləşmə müşahidə edilib. İsmayıllı rayonu Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24 kilometrliyində, Xankəndi sürüşmə sahəsində aktivləşmə müşahidə edilir. Lerik rayonu Veriəlibada, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində uçqun, sürüşmə aktivləşib. Dünən İsmayıllı rayonu Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində sürüşmə baş verib. Bu, yeni sürüşmə sahəsidir. Yolun 750-800 kilometr uzunluğunda, 350-400 metr enində sahə yararsız hala düşüb. Sürüşmə pilləvari baş verib. Sürüşmənin qaşı 2-5 metr enində dəyişir. Buna səbəb may ayının üçüncü ongünlüyündə baş verən leysan xarakterli yağışlarla bağlıdır. Yolun 350-400 metr hissəsi tamamilə sıradan çıxıb. Nəticədə, Sulut, KələzeyvəSərsurə kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb, bu kəndlərin mərkəzlə əlaqəsi tam kəsilib. 10 min kilovatlıq elektrik dirəkləri də əyilmiş vəziyyətdədir. Hazırda yolda sürüşmə aktiv fazadadır, ona görə həmin ərazidə iş aparılması məqsədə uyğun hesab edilmir”.






Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler