» » “Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezekerdən Prezidentə təbrik

“Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezekerdən Prezidentə təbrik

Bölmə: Sosial, MANŞET
“Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezekerdən Prezidentə təbrik“Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezeker Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik ünvanlayıb.

Xalqinfo.az prezidentin rəsmi saytına istinadən təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May – Respublika Günü münasibətilə Sizı və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm rol oynayıb. Bu mübarizə 1991-cü ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşması ilə nəticələndi.

Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və yenilməz iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və zəngin dövlətçilik təcrübəsi bu dahi şəxsiyyətin fəaliyyətinin mühüm mərhələsini təşkil edən 1993-2003-cü illərdə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb. Cənab Prezident, Siz ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Azərbaycanı inamla yeni qələbələrə doğru aparırsınız.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən strateji fəaliyyət xətti Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır. Əminik ki, Sizin zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəniz bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcək. Azərbaycanı lider dövlətlər sırasına çıxaran, başımızı uca edən Prezidentimizin yanındayıq və hər zaman Sizə dəstək olacağıq. Azərbaycanın xoşbəxt gələcəyi Sizinlə bağlıdır. Tanrı Sizi qorusun.

Hörmətlə,

Osman Gezeker

“Özkaya Group” şirkəti idarə heyətinin sədri









Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler