» » ABŞ-ın dövlət katibi İlham Əliyevi təbrik edib

ABŞ-ın dövlət katibi İlham Əliyevi təbrik edib

Bölmə: Sosial, MANŞET
ABŞ-ın dövlət katibi İlham Əliyevi təbrik edibABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

Xalqinfo.az prezidentin rəsmi sayıtına istinadən təbriki təqdim edir:


“28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını Prezident Obamanın və Amerika xalqının adından təbrik edirəm.

Əsrin dörddə birindən artıqdır ki, ölkələrimiz Avropada və Avropadan kənarda təhlükəsizlik və inkişaf naminə birgə çalışıblar. Azərbaycanın bütün vətəndaşlarının iqtisadi imkanlarını artırmaq, ifadə və siyasi iştirak azadlığını inkişaf etdirmək, onların təhlükəsiz və sabit gələcəyini təmin etmək yolunda atılan addımları ABŞ qətiyyətlə dəstəkləyir.

Azərbaycan Avropa bazarının enerji ilə təmin olunmasında mühüm rol oynayır. ABŞ regional enerji şaxələndirilməsi məsələsində Azərbaycanın səylərini tam dəstəkləyir. ABŞ Hökuməti zorakı ekstremizmə qarşı mübarizədə sizinlə tərəfdaşlığımızı və transmilli məsələlərdə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir. Birləşmiş Ştatlar, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə sadiqdir.

Bu əlamətdar gündə Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.



Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler