» » Qardaş ölkənin prezidentindən həmkarına təbrik

Qardaş ölkənin prezidentindən həmkarına təbrik

Bölmə: Sosial, BLOK XƏBƏR
Qardaş ölkənin prezidentindən həmkarına təbrikAzərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə


Xalqinfo.az prezidentin rəsmi sayıtına istinadən təbriki təqdim edir:
Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının böyük bayramı – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti




Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler