» » Paytaxtda yol polisi qəza törətdi

Paytaxtda yol polisi qəza törətdi - Yaralılar var

Bölmə: Sosial, BLOK XƏBƏR
Paytaxtda yol polisi qəza törətdiBakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə qəza törədib.

Xalqinfo.az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu-Maştağa yolunda qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi “VAZ-21015” markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21015”in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.









Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler