» » Bakıda yeni dənizkənarı bulvar salınacaq

Bakıda yeni dənizkənarı bulvar salınacaq

Bölmə: Sosial
Bakıda yeni dənizkənarı bulvar salınacaq
Pirallahı rayonunun perspektiv inkişaf planına əsasən, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılıb.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub.

Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb.

Yeni salınacaq dənizkənarı bulvarda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır. Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür.

Eyni zamanda, köhnə dəmir yolu stansiyalarının istismara yararsız binalarının sökülərək yerlərinin abadlaşdırılması və yaşıllıqlarının salınması işləri davam edir.
Mənbə
AzərTAc

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler