» » İki nəfərin ölümünə səbəb olan məmurla bağlı yeni faktlar-

İki nəfərin ölümünə səbəb olan məmurla bağlı yeni faktlar- Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR
İki nəfərin ölümünə səbəb olan məmurla bağlı yeni faktlar-
Səbayel rayonu icra başçısının müavininin maşını ilə törədilən qəzada qaranlıq məqamlar qalmaqdadır.


Xəbər verdiyimiz kimi, Səbayel Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Yavər Allahverdiyevin xidməti avtomobili mayın 11-də saat 23:30 radələrində qəza törədib.

Belə ki, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi “Hyundai Grandeur” markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbayel rayonu ərazisində törətdiyi qəzada piyadalar Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Xalid Cəbrayılov hadisə yerində dünyasını dəyişdi. Xəstəxanaya aparılan digər iki şəxsdən biri - Misir Şirinov isə az sonra xəstəxanada vəfat etdi.

Baş Prokurorluqdan bildirildi ki, faktla bağlı Səbayel Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

Qəza ilə bağlı maraqlı fakt isə ondan ibarətdir ki, qəzaya səbəb olan “Hyundai” markalı avtomobilin üzərindəki dövlət nömrə nişanı başqa maşına məxsusdur.

“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbayel RİH-ə məxsus “Qaz-3110” markalı digər avtomobilə aiddir. İstifadəyə yararsız olan “Qaz-3110” isə hazırda Səbayel RİH-in binasının arxasındakı boş ərazidə saxlanılır. Əməkdaşımız həmin avtomobilin fotosunu çəkib.
İki nəfərin ölümünə səbəb olan məmurla bağlı yeni faktlar-
Dövlət Yol Polis İdarəsindən alınan məlumat da göstərir ki, avtomobilin sürücüsü heç də yol hərəkəti qaydalarına əməl edən intizamlı şəxs deyil. Belə ki, bu avtomobil sürət həddini aşdığına görə 7 dəfə radara düşüb. Lakin bunların heç birində cərimə edilməyib.

Qeyd edək ki, hadisə baş verən ərazidə nəzarət kameraları da var.



Əldə edilən digər məlumata görə, qəza baş verəndən bəri Yavər Allahverdiyev işə çıxmır. Hadisədən bir həftədən artıq vaxt keçsə də...

Səbayel RİH-lə əlaqə saxlayaraq başçının müavini Y.Allahverdiyevlə danışmağa cəhd etdik. Y.Allahverdiyevin köməkçisi zənglərimizə cavabında hər dəfə bildirdi ki, “Yavər müəllim işə çıxır, lakin ərazidədir”.

Onu da qeyd edək ki, günün müxtəlif saatlarında etdiyimiz zənglərə yalnız bu cavabı aldıq.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler