» » Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı –

Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı – Səbəb

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycanda bəzi siqaretlər ucuzlaşdı –

“Bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı”.

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.

Xalqinfo.az oxu.Az -a istinadən xəbər verir ki, “Japan Tobacco International” şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən “Winston”, “Sobranie” və “Camel” markalı siqaretlərin qiymətində azalma baş verib.

Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi “More” markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

Şirkət rəsmisi bildirib ki, “Whinston” markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, “Sobranie” (böyük) 7 manatdan 5 manata, “Camel” 3,50 manatdan 3 manatadək enib.

“Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq”, - deyə şirkət rəsmisi qeyd edib.

Qeyd edək ki, siqaretlərin bahalaşmasından sonra əhali qiyməti nisbətən baha olan tütün markalarını digərləri, daha ucuzları ilə əvəzləyib. Bu isə öz növbəsində bahalı siqaret markalarına tələbatın kəskin azalması ilə nəticələnib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler