» » Nardarana qaz veriləcək

Nardarana qaz veriləcək

Bölmə: Sosial
Nardarana qaz veriləcək
Nardaran qəsəbəsində yeni qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. "Xalqinfo" xəbər verir ki, bunu Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

İ.Kərbalayev bildirib ki, indiyə qədər 300-dən artıq mənzildə yeni sayğaclar quraşdırılıb: “Orada 2 minə yaxın abonent var. İşlər məhəllə-məhəllə davam etdirilir. Həm mənzillərə texniki baxışlar keçirilir, həm təbii qazdan qeyri-qanuni istifadə hallar aşkarlanan mənzillərdə təmizləmə işləri aparılır, abonentlərlə yenidən müqavilələr imzalanır. Bu işlər yekunlaşandan sonra təbii qazın verilişi təmin ediləcək”.

İ.Kərbalayev vurğulayıb ki, qəsəbədə qaza görə yaranmış debitor borcu da ödənilməlidir.

Nardaran qəsəbəsində telefon rabitəsinin bərpa edilməsi ilə bağlı isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən Trend-ə bildirilib ki, telefon rabitəsinin dayanması elektrik enerjisinin kəsilməsi ilə bağlıdır. Qəsəbəyə elektrik enerjisi verildikdən sonra telefon rabitəsi də bərpa olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler