» » Dərsdən qaçan şagirdlərin valideynləri cərimələnəcək-

Dərsdən qaçan şagirdlərin valideynləri cərimələnəcək- 100 manat

Bölmə: Sosial, BLOK XƏBƏR
Dərsdən qaçan şagirdlərin valideynləri cərimələnəcək-
Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacaq.

APA xəbər verir ki, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler