» » “GÜNƏŞ” layihəsi başladı

“GÜNƏŞ” layihəsi başladı

Bölmə: Sosial
“GÜNƏŞ” layihəsi başladı
İstedadlı Əlillər" ictimai birliyinin Mətbuat Xidməti rəhbəri Fuad Rəsulun "XALQİNFO-ya verdiyi məlumata əsasən.
http://istedadlieliller-ib.com/
“İstedadlı Əlillər” ictimai birliyi tərəfindən həyata keçirilən “GÜNƏŞ” layihəsində iştirakçı seçimini elan edir!
Elanın verilmə tarixi: 10 may 2014-cü il
Layihəyə müraciət ücün son tarix: 30 iyun 2014-cü il saat 16:00.

Layihədə mədəniyyət və incəsənət sahəsində xüsusi istedadlı 30 yaşa qədər sağlam insanlar və əlilliyi olan ( yaş məhdudiyyəti nəzərdə tutulmur) hər bir şəxs iştirak edə bilər.

Layihə haqqında məlumat və layihənin məqsədi

Layihənin məqsədi Azərbaycan Respublikası ərazisində yaşayan mədəniyyət və incəsənət sahəsində istedadı olan əlliləri üzə cixarmaq və cəmiyyətin digər istedadlı üzvləri ilə birgə fəaliyyətini təşkil etmək, istedadlı əlillərə sitmul verici dəstək durmaq, bacarıqlarını inkişaf etdirmək yolu ilə fəaliyyətini gücləndirmək, onların yeni ideyalarının həyata keçirilməsinə və sağlam insalarla birgə fəaliyyət göstərmələrinə köməklik göstərmək və cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.

Layihəyənin üç mərhələdən ibarət olması nəzərdə tutulur.

1. Seçim

2. Onlin qiymətləndirmə

3. “GÜNƏŞ” adlı yekun tədbir

Birinci seçim mərhələsi “İstedalı Əlillər” ictimayi birliyinin yaratdiğı komissya tərfindən aparılacaq. Seçim mərhələsini uğurla başa vurmuş iştirakçıların göndərdiyi materallar ikinci mərhələdə istedadlieliller-ib.com sayıtında online şəkildə internet istifadeçiləri tərəfindən qiymətləndiriləcək. Hər naminasya üzrə birinci, ikinci və üçüncü yeri tutan iştirakçıların üçüncü mərhələdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “GÜNƏŞ” adlı birgə sərgi-konsert proqramı təşkil edilərək diplomlar təqdim olunacaq. Birinci yer sahiblərinə isə birlik tərəfindən rəssam, heykəltaraş və musiqiçilərə fərdi şəkildə sərgilər, konsertlər , yazıçı və şairlərə isə kitablarının çap etdirilməsinə köməklik göstəriləcək.

Layihənin müddəti: 6 ay

DİQQƏT!
Layihədə iştirak etmək istəyənlər istedadlieliller-ib.com sayıtına daxil olaraq təşkilata üzvlük bölməsini dodurduqdan sonra ( üzvlük bölməsini dolduraraq siz ictimai birliyə üzv kimi qeydə alınmırsınız ) rəssamlar rəsm əsərlərinin fotoşəkillərini, heykəltaraşlar əl işlərinin fotoşəkillərini, fotqraflar fotoşəkillərin fotokopyalarını, yazıçılar və şairlər öz əsərlərini elektron formada , musiqiçilər 3.5 dəqiqədən artiq olmayan çəkilmiş video roliklərini elektron poçt vasitəsi ilə istedadlieliller_ib@yahoo.com ünvanına göndere bilərlər.

"İstedadlı Əlillər" ictimai birliy
Mətbuat Xidmət rəhbəri Fuad Rəsul
(055) 222 7626 istedadlieliller_ib@yahoo.com http://istedadlieliller-ib.com/

Cavad Qasımov (İstedadlı Əlillər" ictimai birliy sədr)
(051) 560 8176

Qubad Qasımov (İstedadlı Əlillər" ictimai birliy sədr müavini)
(055) 760 2828

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler